Ali məktəbdən qovulanların möhlət hüququ nə zaman itir? - Rəsmi CAVAB

Ali məktəbdən qovulanların möhlət hüququ nə zaman itir? - Rəsmi CAVAB
SOSİAL
18:47 30.05.2026
457
Ali təhsil müəssisəsindən xaric edilən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması tez-tez suallar doğurur.

AZXEBER.COM xəbər verir ki, məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən Qanunun 21.5-ci maddəsinə əsasən, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqları halda, çağırışa möhlət hüquqlarını itirirlər.

Bu halda həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd edək ki, qanunvericiliyə əsasən, təhsil alan şəxslərə müəyyən hallarda hərbi xidmətə çağırışdan möhlət hüququ verilsə də, bu hüququn qorunması üçün qanunla müəyyən edilmiş tələblərə əməl olunmalıdır.
OXŞAR XƏBƏRLƏR