Ali nümayəndə: “Aİ Rusiya ilə müharibə aparmır, amma Ukraynanı dəstəkləyir”

Ali nümayəndə: “Aİ Rusiya ilə müharibə aparmır, amma Ukraynanı dəstəkləyir”
SİYASƏT
11:07 02.03.2022
318
"Avropa İttifaqı Rusiya ilə müharibə aparmır, lakin indiki halda Ukraynanı dəstəkləyir”.

Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyib.

"Sanksiayalar lazımdır. Amma sanksiyaalr siyasət deyil, şəraitə reaksiyadır. Bizə ortaya çıxan problemlərin diplomatik həlli lazımdır”, - o söyləyib.

J.Borel həmçinin bildirib ki, nüvə müharibəsi barədə danışmaq məsuliyyətsizlikdir. Onun sözlərinə görə, Avropa ordusunun yaradılması indi gündəmdə deyil.
 
//Report
OXŞAR XƏBƏRLƏR