“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib
SOSİAL
11:08 28.10.2025
173
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə nazirliyin və tabe qurumların nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və digər səlahiyyətli şəxslərin iştirakı ilə "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, ənənəvi olaraq keçirilən tədbirin məqsədi növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tələbə qəbulu planlarının hazırlanması, qəbul prosesində mövcud vəziyyətin təhlili, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin əsas prioritetlərinin müəyyənləşdirilməsi olub.
 
Tədbiri açan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu formatda müzakirələrin təşkili artıq ikinci ildir həyata keçirilir və qəbul planlarının formalaşdırılmasında elmi əsaslara, analitik təhlillərə və məqsədyönlü qərarvermə prosesinə xidmət edir. Onun sözlərinə görə, qəbul planlarının hazırlanması zamanı üzə çıxan çağırışların və meyillərin dərin təhlili ali təhsil sisteminin uzunmüddətli inkişaf strategiyasının düzgün istiqamətdə qurulmasına şərait yaradır.

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman öz növbəsində tələbə qəbulu ilə bağlı aparılan analitik işlərin təhsil proqramlarının aktuallığının qiymətləndirilməsində və əmək bazarının ehtiyaclarının öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə görülən işlər növbəti illərdə təhsilin məzmununun daha çevik və nəticəyönlü şəkildə formalaşdırılmasına xidmət edəcək.
 
Müzakirələr zamanı ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair geniş statistik təhlil təqdim olunub. Qeyd edilib ki, bu təhlillərin nəticələri növbəti tədris ili üçün proqnozlaşdırma və planlaşdırma prosesində əsas göstəricilərdən biri kimi nəzərə alınır. 2024-cü ildə aparılan analizlər nəticəsində aktuallığını itirmiş ixtisaslar təsnifatdan çıxarılıb, bəzi ixtisasların aid olduqları qruplar yenidən müəyyənləşdirilib, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar təsnifata əlavə edilib. Bu dəyişikliklər növbəti illər üzrə qəbul siyasətinin daha çevik və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradır.

Müzakirələrdə ali təhsil müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz təklif və müşahidələrini bölüşüb, gələcək qəbul planlarında nəzərə alınmalı istiqamətlər barədə fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika