Ali Yerlikaya açıqladı: 147 şübhəli barəsində tədbir görüldü

Ali Yerlikaya açıqladı: 147 şübhəli barəsində tədbir görüldü
DÜNYA
12:50 27.02.2024
118
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 56 vilayətdə həyata keçirilən "Kafes-49" əməliyyatlarında 147 şübhəli barəsində tədbir görüldüyünü açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri cinayətkar təşkilatları yaxalamaqda davam edir.

Son günlər tez-tez həyata keçirilən əməliyyatlara yenisi əlavə edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 56 bölgədə həyata keçirilən "Kafes-49” əməliyyatları haqqında məlumat verib:

"Biz mütəşəkkil cinayətkar qruplara və dəstələrə dözməyəcəyik. Maliyyə Cinayətləri Təşkilatlarına qarşı 56 vilayətdə kredit şirkətlərinə və fırıldaqçılara qarşı eyni vaxtda həyata keçirilən "KAFES-49” əməliyyatlarında 147 şübhəli barəsində tədbir görülüb”.

Ayşən
OXŞAR XƏBƏRLƏR