Alim Qasımov 'Eurovision'dakı mahnımızı qiymətləndirdi

Alim Qasımov
MƏDƏNİYYƏT
16:33 02.04.2012
2438

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin 57-ci dəfə keçirilməsinə baxmayaraq, bu il 60-cı mahnı qalib elan ediləcək. “Eurovision” mahnı müsabiqəsinin təşkilati işlər üzrə rəhbəriSietse Bakkerdeyib ki, Avropa Yayımları Birliyi (EBU) müsabiqənin 60 illik yubileyini xüsusi şəkildə qeyd etmək istəyir. “2015-ci ildə müsabiqənin brilyant yubileyi olacaq. EBU 60-cı "Eurovision"u qeyri-adi etmək istəyir”, - Bakker bildirib. Xatırladaq ki, 1969-cu ildə müsabiqədə qeyri-adi hadisə baş vermişdi. Həmin il İspaniya, Böyük Britaniya, Fransa və Niderlandın mahnıları eyni səs - 18 bal qazanmışdı. "Eurovision" mahnı müsabiqəsinin Məşvərət Qrupunun iclasında bu dövlətlərin hər birinin mahnısı qalib elan olunmuşdu. Məşvərət Qrupu növbəti iclasında belə bir hal baş verəcəyi təqdirdə atılacaq addımı müzakirə edəcək.

OXŞAR XƏBƏRLƏR