Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının premyerası olacaq - VİDEO

Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının premyerası olacaq - VİDEO
MƏDƏNİYYƏT
10:56 09.04.2026
364
11 və 12 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan "Mesenat” tamaşasının premyerası olacaq.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən ikihissəli musiqili dramın quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
 
Səhnə əsərinın bəstəkarı Əli Əliyevdir. Bununla yanaşı, xarici bəstəkarların – İohan Ştraus II, Salvatore Markezi və Frederik Şopenin də əsərlərindən istifadə olunub. 
 
Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Hüseyn Əlili, Faiq Mirzəyev, Gültac Əlili, Türkel Tariqpeyma, Nərmin Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elçin İmanov, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR