"Təhsil xərclərinin artırılmasına çalışacağıq" - Sahil Babayev

"Təhsil xərclərinin artırılmasına çalışacağıq" - Sahil Babayev
İQTİSADİYYAT
14:24 04.11.2026
595
Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir.

AZXEBER.COM xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, təhsil xərcləri ÜDM-in təqribən 3,6 faizini, elm xərcləri isə 0,2 faizini təşkil edir. O, bu iki istiqamətə ayrılan vəsaitlərə birlikdə baxılmasını məqsədəuyğun hesab etdiklərini deyib.

"İmkan olduqca, hər hansı bir sahədə qənaətlərimiz formalaşdıqca növbəti dövrlərdə də ardıcıl olaraq təhsil xərclərinin artırılmasına çalışacağıq. Çünki təhsil və elm xərcləri Azərbaycanın vətəndaşlarının, şagirdlərinin, tələbələrinin və elmi potensialının gələcək inkişafına yönəlmiş xərclərdir”, – nazir bildirib.

Sahil Babayev qeyd edib ki, 2026-cı ildə təhsilə 2025-ci illə müqayisədə 479 milyon manat daha çox vəsait xərclənəcək. Bu, 10 faizdən çox artım deməkdir.

Nazir mədəniyyət, informasiya və gənclər siyasəti bölməsi üzrə ümumilikdə 643 milyon manat nəzərdə tutulduğunu da açıqlayıb. Onun sözlərinə görə, bu məbləğ 2025-ci ilin icra göstəricisindən 116 milyon manat və ya 22 faiz çoxdur.

Siyasi partiyalara ayrılan vəsaitə toxunan Sahil Babayev bu məbləğin bir neçə ildir dəyişmədiyini bildirib. O qeyd edib ki, vəsaitin istifadə istiqamətləri üzrə təkliflər təqdim olunarsa və onların büdcə prinsiplərinə uyğun icrası mümkün olarsa, məsələyə baxıla bilər.

Nazir deputatların qazlaşdırma ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrlərində qaz çəkilişi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, hökumət məqsədəuyğun hesab edərsə, qazlaşdırma işləri dövlət investisiya proqramına daxil edilə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
00:03 13.11.2026
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var - VİDEO
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
23:56 12.11.2026
Yolda iri çuxura düşən avtomobilə ciddi ziyan dəyib - VİDEO
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
23:53 12.11.2026
Azərbaycan və Britaniya universitetləri arasında yeni tərəfdaşlıqlar qurulacaq
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
23:43 12.11.2026
Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri genişləndiriləcək
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
23:39 12.11.2026
Skaloni Argentina yığması ilə bağlı qərarını verdi
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb