Trampın məğlubiyyətinin səbəbi bəlli oldu: İran siyasəti ona baha başa gəldi

Trampın məğlubiyyətinin səbəbi bəlli oldu: İran siyasəti ona baha başa gəldi
SİYASƏT
12:27 04.11.2026
193
ABŞ-da keçirilən aralıq seçkilərində hazırkı nəticələrə görə, 435 yerlik Nümayəndələr Palatasında demokratlar 220, respublikaçılar isə 128 mandat əldə ediblər. Bununla da demokratlar Nümayəndələr Palatasında yarıdan çox mandat əldə edərək, üstünlüyü tam təmin ediblər. 
Digər ştatlarda səslərin sayılması davam edir və demokratların mandat sayını artıracağı istisna deyil.

Hazırkı nəticələrə görə, 100 yerlik Senatda demokratlar 53 yer əldə edərək, burada da böyük üstünlük qazanıblar. Respublikaçılar isə 42 yer əldə ediblər.
5 ştatda səslərin sayılması davam edir.

Qubernator seçkilərində isə indiyə qədər demokratlar 25, respublikaçılar 19 ştatda qalib gəlib.

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində namizəd barədə qərar verməsinin vaxtının çatdığını bildirib.

Bu barədə o, "Fox News”a verdiyi müsahibədə danışıb.
"Bizim inanılmaz dərəcədə çox namizəd heyətimiz var. Konkret insanlar haqda danışmaq istəmirəm, çünki bunun üçün hələ bir az tezdir. Amma düşünürəm ki, bunun vaxtı artıq gəlir”, - Tramp qeyd edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, seçkilərdən əvvəl keçirilən sorğular və verilən proqnozlar Respublikaçılar Partiyasının məğlub olacağını göstərirdi:

"Buna görə də hazırda açıqlanan ilkin nəticələrə təəccüblənmək lazım deyil. Düşünürəm ki, bu seçkilər Tramp hakimiyyəti üçün ciddi siqnal oldu. Lakin onun özünün də qeyd etdiyi kimi, nəticələrin prezidentliyinə birbaşa təsiri yoxdur. Ağ Evin sahibi qarşıdakı iki il ərzində ciddi səylə çalışaraq növbəti prezident seçkilərində qalib gəlməyə cəhd edəcək. Bunun üçün onun kifayət qədər imkanları var. Bununla belə, aralıq seçkilərinin nəticələrini Tramp hakimiyyətinə vurulan bir zərbə kimi qiymətləndirmək olar. Tramp özü də bildirib ki, seçkilərin nəticələrinə İranla bağlı müharibə və yanacağın qiymətləri təsir göstərib. Biz də seçkilərə qədər apardığımız müsahibələrdə dəfələrlə qeyd edirdik ki, Amerikanın İranla bağlı yürütdüyü siyasət və başladığı müharibə Trampın xalq arasındakı nüfuzunu ciddi şəkildə azaldıb. Bu narazılıq isə seçki qutularında özünü göstərdi@.


Şərhçi qeyd edib ki, ABŞ-nin İranla bağlı siyasəti kifayət qədər uğursuz nəticələndi:

"Seçkilərdən əvvəl keçirilən sorğularda amerikalıların 50 faizdən çoxunun Trampın İran siyasətini və başladığı müharibəni dəstəkləmədiyi məlum olmuşdu. Bir sıra seçki dairələrində Respublikaçılar Partiyasının uzun illərdən sonra, hətta təxminən bir əsrə yaxın müddət ərzində ilk dəfə məğlubiyyətlə üzləşməsi də diqqət çəkir. Düşünürəm ki, bu nəticələr Trampın siyasi tarixində onun ciddi məğlubiyyətlərindən biri kimi xatırlanacaq.
Daxili siyasətə gəlincə, Trampın bu istiqamətdə ciddi dəyişikliklər etməsi asan olmayacaq. Çünki ABŞ artıq formalaşmış siyasi sistemə malik dövlətdir və daxili siyasətdə müəyyən mexanizmlər mövcuddur. Xarici siyasətdə isə Trampın hərəkət imkanları müəyyən mənada genişlənib. Belə ki, o, istənilən halda aralıq seçkilərinin nəticələrini gözləyirdi. Nəticələr onun xeyrinə olmasa da, xarici siyasətdə bəzi məsələləri daha aydın şəkildə ortaya qoya biləcək. Bu baxımdan, qarşıdakı dövrdə Trampın xarici siyasətində müəyyən dəyişikliklərin baş verəcəyini gözləmək olar”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR