Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
SİYASƏT
16:19 03.11.2026
167
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.

Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” büdcə təşkilatı yaradılsın.

Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir, mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməli, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
16:01 03.11.2026
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
15:47 03.11.2026
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
15:41 03.11.2026
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
15:24 03.11.2026
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb