Prezident Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR

Prezident Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - FOTOLAR
SİYASƏT
11:30 03.11.2026
603
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı səfirin etimadnaməsini Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ötən ay ölkəmizə rəsmi səfərindən sonra təqdim etdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin çox uğurlu olduğunu dedi. Bildirdi ki, münasibətlərimizin dostluq xarakterini nümayiş etdirən bu səfər zamanı ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Laosun yüksək səviyyədə iştirak etdiyini dedi. Dövlətimizin başçısı AQEM-in beynəlxalq nüfuzunun artdığını vurğuladı, məhz ölkəmizin sədrliyi dövründə Laosun bu təşkilatın tamhüquqlu üzvü olmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinin daha 2 il uzadılması ilə bağlı qərarın bütün üzv dövlətlər, o cümlədən Laos tərəfindən dəstəklənməsinə görə minnətdarlığını bildirdi, bunu ölkəmizə olan hörmətin nümunəsi kimi qiymətləndirdi.

Dövlətimizin başçısı səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Qəbula görə təşəkkür edən səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir, həmçinin qeyd etdi ki, Laos Prezidenti Azərbaycana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xalqımıza bir daha minnətdarlığını bildirir. O, Laos Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı.

Səfir fəaliyyəti dövründə əməkdaşlığımızın inkişafı istiqamətində səylə çalışacağını dedi.

Söhbət zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
23:22 12.11.2026
Bakı və London müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, təhdidlərə cavab verəcəklər
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
23:13 12.11.2026
Türkiyə millisi Sergenin rəhbərliyi altında ilk matçında Belçikaya uduzdu
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
23:04 12.11.2026
İsrail Fransada prezidentliyə namizədi "persona non qrata" elan edib
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
22:55 12.11.2026
Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
22:39 12.11.2026
Ceyhun Bayramovla Ararat Mirzoyan ayaqüstü söhbət etdilər - Video
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
22:36 12.11.2026
Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
22:21 12.11.2026
Azərbaycan Çexiyanın ən iri neft təchizatçısıdır
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
22:10 12.11.2026
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
22:07 12.11.2026
Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
21:55 12.11.2026
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
21:38 12.11.2026
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
21:32 12.11.2026
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
21:24 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
21:19 12.11.2026
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
21:06 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
21:04 12.11.2026
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub