Xalq artisti Alim Qasımov növbəti dəfə baba olub.
Dünya şöhrtəli xanəndəmiz AZXEBER.COM-a açıqlamasında bu gün səhər saat 11:00 radələrində oğlu Qadirin övladının doğulduğunu deyib:“Gözümüz aydın, Allah qızlarla sevindirmişdi. Bu dəfə isə oğul payı ilə də sevindirdi. Allah cümlə Azərbaycanımızı sevindirsin. İnşallah, Azərbaycana yararlı, gərəkli övlad olar”.A.Qasımov bildirib ki, nəvəsinə onun adı veriləcək.