Alimlər Covid-19-un yeni simptomunu kəşf etdilər - FOTO

Alimlər Covid-19-un yeni simptomunu kəşf etdilər - FOTO
DÜNYA
12:25 23.08.2023
149
Dünyanın tanınmış tibb jurnallarından biri olan "Lancet”də dərc olunan araşdırmada koronovirus epidemiyasından sağ çıxa bilməyən və uzun "Covid-19” sindromunu yaşayanlarda yeni bir simptomun aşkarlandığı qənaətinə gəlinib.

AZXEBER.COM xəbər verir ki, dünyada milyonlarla insanın ölümünə səbəb olan koronovirus epidemiyasından sağ çıxan, lakin sağalmalarına baxmayaraq bəzi simptomlar göstərməyə davam edən insanlarda uzun "Covid-19” sindromu ilə bağlı bir araşdırma aparılıb.

Bəzi xəstələrdə yaddaş itkisi, yuxusuzluq, başgicəllənmə, depressiya və narahatlıq kimi pozğunluqların yaşandığı bildirilib. İngiltərədə aparılan araşdırmada 33 yaşlı İngiltərə vətəndaşında daha əvvəl görülməmiş bir əlamət açıqlanıb.

Bir kişi koronavirusundan sağaldıqdan sonra məlum olub ki, 6 aydır ayağında əziklər və yaralar olub. Xəstəni müayinə edən mütəxəssislər hər dəfə ayağa qalxanda ayağının ağırlaşdığını bildiriblər. Həmçinin bildirilib ki, xəstənin ayağındakı bu sızanaq "Covid-19” ilə bağlı olub. Mütəxəssislər ayaq ağrıları və sızanaqların "Covid-19”un yeni simptomu olduğunu bildiriblər.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR