Alimlər: “Omikron”a qarşı ən effektiv mübarizə buster dozadır”

Alimlər: “Omikron”a qarşı ən effektiv mübarizə buster dozadır”
SAĞLAMLIQ
19:58 27.01.2022
458
Noyabr ayından yayılmağa başlayan koronavirusun "Omikron” ştamı artıq dünyada infeksiyanın ştamları arasında üstünlük təşkil edir. "Omikron”un digər ştamlardan ən böyük fərqi onun daha sürətlə yayılmasıdır.

Pandemiyanın ilk günlərindən onun ətrafında saysız-hesabsız konspiroloji nəzəriyyələr də inkişaf etməyə başlayıb.

İlk vaxtlar həmin konspiroloji nəzəriyyələr özündə virusun "dünyanı idarə edən qüvvələr” tərəfindən əhalini azaltmaq üçün şüurlu şəkildə yayıldığını ehtiva etsə də, vaksinlər dövriyyəyə girəndən sonra həmin nəzəriyyələr başqa istiqamətə transformasiya edilib. Belə ki, bəzi ifrat mühafizəkar dairələr vaksinlərin səmərəli olmamasından insanların zombiləşməsinə qədər heç bir elmi əsası olmayan, bəzən sərsəmləmə səviyyəsinə çatan nəzəriyyələr irəli sürürlər. Bu kimi psevdoelmi fikirlər əsasən mühafizəkar və savadlılığın aşağı səviyyədə olduğunu cəmiyyətlərdə populyarlıq qazanıb.

Azərbaycanda pandemiya ətrafında, xüsusilə peyvəndlərlə bağlı xeyli sayda konspiroloji nəzəriyyələrin olması bəzi insanların vaksin sertifikatlarını satın almasına, digərlərini buna təşviq etməsinə yol açıb. Məsələ ilə bağlı indiyədək onlarla insan barəsində cinayət işi açılıb.
 
Bu kimi hallar 2 ildir davam edən koronavirus pandemiyasına qarşı mübarizəni ləngidir, cəmiyyətimizdə kollektiv immunitetin daha az fəsadla yaranmasını çətinləşdirir.

Afrika ölkələrində daha sonra "Omikron” adlandırılan yeni ştamın ortaya çıxması vaksinlərin, o cümlədən buster dozaların ona qarşı nə dərəcədə effektiv olmasına dair sual yaratmışdı. Bir çox virusoloqlar aşıların koronavirusun bu mutasiyasına qarşı nəinki səmərəli olduğunu, hətta buster dozanın fövqəladə vacibliyini vurğulayırlar.

Bununla belə, sosial şəbəkədə vaksinlərin effektivsizliyinə dair manipulyativ fikirlər yürüdülür, təhrif olunmuş statistik təhlillər paylaşılır. Həmin dairələr buster dozaların səmərəsizliyini sübut etmək üçün misal olaraq tez-tez İsrail nümunəsini qeyd edirlər. Bunun əksinə olaraq "New England Journal of Medicine” dərgisində nəşr edilən araşdırma İsraildə revaksinasiya kampaniyasının yoluxmaların əhəmiyyətli dərəcədə azaldığını sübut edib. Tədqiqatda artıq iki dəfə peyvənd olunmuş 60 yaşdan yuxarı 1,3 milyon insan iştirak edib. Araşdırmada iştirak edənlər arasında gücləndirici doza da vuranlar olub. Onlarda yoluxma səviyyəsi digər qrupla müqayisədə 11,3 dəfə azalıb.

Müxtəlif tədqiqatlar sübut edir ki, mRNT əsaslı preparatlar buster olaraq ən yüksək effektivliyə malikdir. Xüsusilə "Pfizer” və onun tərəfdaşı "BioNTech” şirkəti bildirib ki, onların peyvəndinin ("Comirnaty”) üçüncü dozası antikor səviyyəsini 25 dəfə artırır və həmçinin yeni "Omikron” ştamına qarşı immuniteti gücləndirir.

"BioNTech”in baş direktoru Uğur Şahinin sözlərinə görə, peyvəndin üç dozası virusun yeni ştamına qarşı 70 % effektivdir, halbuki iki dozadan sonra bu rəqəm cəmi 20-40 % təşkil edir.

Eyni zamanda Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq vaksinlərin yeni ştama qarşı yeganə mübarizə vasitəsi olduğuna diqqət çəkib:

"Omikron”un daha az ağır fəsadlara yola açdığını demək olmaz. Onun yüngül keçməsinə dair məlumatlar əhalinin 60-80 %-nin peyvəndləndiyi ölkələrdən gəlir. Bizdə (Rusiyada – red.) aşılananların sayı azdır, bu səbəbdən vaksin olunmayanlarda xəstəlik ağır keçəcək”.

Bundan başqa, "Associated Press”in yaydığı məlumata görə, ABŞ-da aparılan üç araşdırma mövcud COVID-19 peyvəndlərinin "Omikron” ştamına qarşı mübarizədə buster alanlara kömək etdiyini sübut edib. Tədqiqatlardan birinin müəllifi Emma Akkorsi deyib: "Bu, həqiqətən də, əlavə doza qəbul etməyin nə qədər vacib olduğunu göstərir".

Amerika tədqiqatlarının nəticələri Almaniya, Cənubi Afrika və Böyük Britaniyadakı uzmanların gəldiyi sonuclar ilə oxşardır. Onların fikrincə, istifadə olunan peyvəndlər koronavirusun əvvəlki ştamları ilə müqayisədə "Omikron”a qarşı nisbətən az effektivdir, lakin buster dozası infeksiyaya qarşı müdafiəni əhəmiyyətli dərəcədə gücləndirir.

Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı da buster dozaların koronavirusun yeni ştamına qarşı səmərəli olduğunu bildirib. Belə ki, təşkilatın rəsmi nümayəndəsi Tarik Yazareviç deyib ki, "Omikron” ştamının xəstəlik dövrü "Delta” ştamına nisbətən daha yüngül keçsə də, xüsusən də peyvənd olunmamış şəxslər üçün bu ştam da təhlükəlidir. ÜST nümayəndəsi qeyd edib ki, vaksinin "Omikron” ştamına qarşı effektiv olduğunu göstərən daha çox sübutlar ortaya çıxır:

"Görünür, buster dozanın olması immuniteti gücləndirir. Vaksinlər əvvəlki kimi insanların ciddi xəstəliklərə, xəstəxanaya yerləşdirilməsinə və ölməsinə qarşı yüksək effektivliyə malik olmaqda davam edir”.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70 %-nin peyvəndlənməsini təmin etmək olmalıdır: "Riskə qarşı daha həssas kateqoriyalardan başlamaqla, əhalini peyvəndləməklə pandemiyanın kəskin mərhələsinə son qoya bilərik”.

Beləliklə, araşdırmalar onu göstərir ki, peyvəndlərin buster dozası koronavirusun yeni ştamına qarşı yoluxma ehtimalını azaldır, xəstəliyin ağır keçməsi və ölüm hallarını minimuma endirir. Ancaq, təəssüf ki, pandemiya dövründə ictimaiyyət virusla yanaşı onun ətrafında meydana gələn, xəstəliklə mübarizəyə əngəl olan konspiroloji nəzəriyyələr və onların fəsadları ilə də mübarizə aparmalıdır.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
13:31 26.07.2025
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır
13:27 26.07.2025
PA rəsmisi: Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır