Alimlər saç tökülməsinin səbəbini tapıblar.
Həm kişilərə, həm də qadınlara təsir edə bilən keçəllik adətən irsi xarakter daşıyır. Rəqəmlər göstərir ki, təkcə ABŞ-da təxminən 40 milyon insan keçəldir. Hal-hazırda bu vəziyyətin müalicəsi yoxdur, lakin tədqiqatların göstərdiyi bir neçə müalicə var ki, saç tökülməsini yavaşlatmaq və hətta bəzi hallarda onu geri qaytarmaq mümkündür.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər saç tökülməsinin və saçların təbii yollarla uzanmasının səbəblərini açıqlayıblar.
Mütəxəssislər bildiriblər ki, son zamanlar qadınlar və kişilərin ən çox şikayət etdiyi problemlərdən biri də saç tökülməsidir. Bunun da səbəbləri düzgün qidalanmama, vitamin çatışmazlığı və stress ola bilər. Bəzi maskalarla yanaşı saç tökülməsinin qarşısını almaq üçün qidalanmanıza da fikir verməlisiniz. Saç tökülməsinin əsas səbəbi bədəndə vitamin, sink, biotin və protein azlığıdır. Bunun üçün maskalardan istifadə etməklə bərabər saç tökülməsinin qarşısını almağa kömək edən qidaları da gündəlik rasionunuza əlavə etməlisiniz.
Həmin qidalar bunlardır: qoz, fındıq, badam, kök, zəncəfil, sarımsaq, yumurta, yulaf, yaşıl noxud, ispanaq, ət, toyuğun döş əti, hinduşka əti.
Ayşən