Amerika alimləri maraqlı araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, cinsi əlaqə insanı gözəlləşdirir.Gözəl görsənmək üçün uzun saatlar və tonlarla pul xərcləyirik. Yaxşı, bəs niyə həyatın bizə təqdim etdiyi təbii nemətlərdən faydalanmırıq? Bu nemət nədir? Təbii ki, cinsi münasibət.Cinsi əlaqə insanı gözəlləşdirir. Səbəbi nədir?Təbii makiyajHər səhər evdən çıxmazdan əvvəl makiyaj edirsiniz və gün ərzində yenidən makiyaj eləməyə məcbur olursuz, deyilmi? Halbuki gündə yalnız 15 dəqiqədə yanaqlarınız təbii yolla qırmızılaşacaq, dodaqlarınız möcüzəvi parlaqlığa sahib olacaq və dəriniz parlayacaq. Necə? Təbii ki sekslə. Çünki seks təbii makiyajdır.Klivlend Klinikasının həkimi Dr. Maykl Roizen öz araşdırmasını belə əsaslandırır: “Cinsi əlaqə vaxtı həyəcanlanırsınız və damarlarınız genişlənir. Bu da sizə qırmızı yanaqlar, canlı və parlaq baxışlar qazandırar”. Cinsi əlaqənin yaratdığı canlı makiyaj uzun zaman yararlı olar, süni makiyajdan fərqli olaraq. Dərinizi qoruyurGünəş işığına çox məruz qaldığınızda dərinizdə qırışıqlıqların meydana gəlməsi, ya da artması problemiylə qarşılaşırsınız. “Əgər infarktı ürəyinizdəki qırış kimi düşünsəniz, dərinizdəki qırışıqlıq da o dərəcədə böyük təsirə malikdir”, deyir Dr. Roizen.Yaxşı qan dövranı, dərinizi bəsləyər və oksigenlə təmin edər; bu da qırışıqlıqlarına meydana gəlməsinin qarşısını alar. İndi dərinizi cavanlaşdıran qan dövranının nəyin hesabına sürətləndiyi barədə düşünün. Bəli, düz fikirləşirsiz: cinsi əlaqə.Qamətinizi düzəldirHamımız bilirik ki, bir qadını ən cazibədar göstərən şey onun özünə inamlı olmasıdır. Amerikalı seksoloq Meri Co Rapinin dediyinə görə, özünə inamlı şəkildə topuqlarını yerə vurmaq qadını çox cazibədar göstərir. “Hər hansı bir kişidən “qadında ən cazibədar cəhət hansıdır?’ deyə soruşsaz, saydığı üç şeydən birincisi qadının hərəkətləridir”, deyər.Daha cazibədar olduğunuzda istər-istəməz daha qıvraq hərəkətlərə sahib olursunuz. Bax, bu cür özünəinam nümayişi, ancaq cinsi əlaqənin cazibəsinə qapılmaqla mümkündür.Saçları gözəlləşdirirBu söyləyəcəyimiz sizə birmənalı gəlməyə bilər, amma cinsi əlaqə saçların daha sağlam dayanmasını təmin edir. Dr. Roizen, “Hər bir saç kökü qan damarına malikdir və qan dövranınız daxili və xarici gözəlliyin ən böyük təminatçısıdır” deyir. Qan dövranıının sürətlənməsi, saçlarınızın bəslənməsi deməkdir. Qan dövranının sürətlənməsini də, əlbəttə cinsi münasibətlə mümkündür.Stresin qarşısını alırAmerikalı alim Mary JCo Rapini, “Seks ən böyük şəfadır” deyir. Əgər nizamlı şəkildə sekslə məşğul olursuzsa, bu insanı rahatladır və stresi, əsəbiliyi azaldır. Rapini, “Normal cinsi əlaqə 3-20 dəqiqə davam edir. 20 dəqiqə belə olsa, bu çox uzun müddət deyil, amma təsirləri bütün gün davam edər. Hətta günlərlə davam edə biləcəyini belə söyləmək mümkündür” deyir. Və təbii fəaliyyətin azalması üzünüzün gözəlliyinə təsir edəcək.Məşqİdman salonuna getmək üçün motivasiya olunmaqda çətinlik çəkə bilərsiniz. Amma unutmayın, cinsi əlaqə sizə idmanla məşğul olmağa kömək edər. Üstəlik idman salonunda sıxıcı, ağır alətləri qaldırmaqdansa, cinsi əlaqənin cazibəsi daha yüksəkdir.Gənclik qaynağıBir insan normal seks həyatına sahibdirsə, onun xarici görünüşü öz yaşından xeyli gənc göstərər. Bu da üç ciddi sağlamlıq probleminin meydana gəlmə riskini azaldar: ürək xəstəlikləri, xərçəng və depressiya kimi psixoloji problemləri. Bu səbəbdən partnyorunuzla birlikdə seks həyatınızı daha da yaxşılaşdıraraq, özünüzü qorxusuzca zamanın axarına buraxa bilərsiniz.