Alimlərdən dünya əhalisinə xəbərdarlıq – Yer kürəsindəki…

MARAQLI
13:45 20.12.2022
457

Alimlər hesab edirlər ki, tarixi boyu 5 dəfə məlum kütləvi yoxa çıxan Yer kürəsi bu əsrin sonunda yeni bir kütləvi yoxa çıxmaq ilə qarşılaşacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, alimlər tərəfindən hazırlanmış superkompüter bu əsrin sonuna qədər Yer kürəsindəki bütün canlı növlərinin dörddə birindən çoxunun nəsli kəsiləcəyini proqnozlaşdırıb.

Kanadada keçirilən COP15 BMT-nin Bioloji Müxtəliflik Konfransında avropalı alimlərin təqdim etdiyi yeni araşdırmaya görə, 2100-cü ilə qədər Yerdəki həyatın əhəmiyyətli bir hissəsi yox olacaq. Mütəxəssislər iqlim dəyişikliyi və resurslardan düzgün istifadə edilməməsi nəticəsində dünyada biomüxtəlifliyin azalmasının qısa müddətdə sürətlənəcəyini proqnozlaşdırıblar.

Avstraliyalı və avropalı alimlər Yerin gələcəyi ilə bağlı proqnozlar vermək üçün superkompüter vasitəsilə "virtual Yer” modelini hazırlayıblar. Əldə edilən nəticələrə görə, 2050-ci ilə qədər dünyada mövcud bitki növlərinin yüzdə 10-u yox olacaq, 2100-cü ilə qədər bu nisbət yüzdə 27-yə çatacaq.

Aydın

OXŞAR XƏBƏRLƏR