Alimlərdən yeni kəşf - xərçəngin qarşısını ala bilən təbii maddə aşkar etdilər

Alimlərdən yeni kəşf - xərçəngin qarşısını ala bilən təbii maddə aşkar etdilər
SAĞLAMLIQ
11:17 04.03.2025
146
Alimlər xərçəngin xəstəliklərin inkişafını dayandıra biləcək təbii birləşmə kəşf ediblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, alimlər bəzi xərçəng növlərinin və sinir hüceyrələrinə zərər verən xəstəliklərin inkişafını dayandıra bilən təbii birləşmə kəşf ediblər.
 
Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən aparılan bu araşdırma Portland Universitetində tələbələrin uzun illər əməyi sayəsində mümkün olub.
 
Araşdırmalarda bitkilərdə tapılan sulfuretin adlı flavonoid birləşmənin xərçəng və MS ilə əlaqəli əhəmiyyətli bir fermenti təsirsiz hala gətirdiyi müəyyən edilmişdir.

Laboratoriya mühitində aparılan təcrübələrdə alimlər sulfuretinin bu fermentin fəaliyyətini dayandırdığını müşahidə ediblər. İndi bu maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün yan təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR