Alimlərdən qorxunc açıqlama: heyvandan insana keçən yeni virus aşkarlandı

SAĞLAMLIQ
14:05 29.11.2022
543
Çində viruslar üzərində çalışan elm adamları yarasalarda və insanlarda xəstəliyə səbəb ola biləcək yeni bir virus növü kəşf etdiklərini açıqlayıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni virusun adının BtSY2 olduğu açıqlansa da, virusun Covid-19 ilə eyni ailədən olduğu da bildirilib.

Tədqiqat aparan elm adamları, xüsusilə, kənd təsərrüfatı heyvanlarını yoluxdurduğu güman edilən 5 yeni virus kəşf etdiklərini bildirərək qeyd ediblər ki, həm SARS-CoV-2, həm də SARS-CoV ilə yaxından əlaqəli olan beş yeni virus növü müəyyən ediblər. 

İnsanlar və ya kənd təsərrüfatı heyvanları üçün yoluxucu olanlardan ən qorxulusu isə BtSY2 adlı virus olduğu diqqətə çatdırılıb.

Aydın

OXŞAR XƏBƏRLƏR