Böyük Britaniyanın Portsmut Universitetində çalışan Molly Burkmar və Marco Brunia kainatı yaratmış hesab edilən Böyük Partlayışın yenidən təkrarlana biləcəyini bildiriblər.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, fiziklər hələ təsdiqlənməmiş yeni məqalələrində qaranlıq enerjinin kainatı yenidən kiçildə biləcəyini və nəhayət Böyük Partlayışın yenidən baş verə biləcəyini yazıb.
Qaranlıq enerji kainatı davamlı olaraq genişləndirməsi və qalaktikaları bir-birindən ayırması lazım olan bir enerji növüdür. Birbaşa müşahidə oluna bilmədiyi üçün "qaranlıq” olaraq xarakterizə edilən bu enerjinin varlığına dair dolayı ipuçları var.
Qeyd edilir ki, qaranlıq enerji kainatın yığılmasına və nəticədə yenidən partlamasına səbəb ola bilər. Bu, kainatın genişləndiyi, yerləşdiyi və yenidən daraldığı bir dövrdür.
"Yaşadığımız kainat sonsuz təkrarlanan "Böyük Sıçrayışlar” seriyasından biri olmalıdır”- deyə, müəlliflər yazır.
Aydın