Alimlərdən xəbərdarlıq: Rekord istilər gözlənilir

Alimlərdən xəbərdarlıq: Rekord istilər gözlənilir
MARAQLI
16:00 03.06.2026
272
Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib ki, El Nino iqlim hadisəsinin yay aylarında baş vermə ehtimalı 80 faizə çatıb. Mütəxəssislər bu prosesin ilin sonuna qədər davam edə biləcəyini bildirirlər.

AZXEBER.COM xəbər verir ki, alimlərin sözlərinə görə, Sakit okeanda suyun temperaturu sürətlə yüksəlir. Bu isə El Ninonun formalaşması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, El Nino yalnız havaların daha isti keçməsinə səbəb olmur. Bu hadisə dünyanın müxtəlif bölgələrində uzunmüddətli istilər, quraqlıq, güclü yağışlar və daşqınlarla müşayiət oluna bilər.

Araşdırmaçılar bu il El Ninonun güclü səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edirlər. Son güclü El Nino dövründə dünyada rekord istilər qeydə alınmışdı.

Qeyd edək ki, Sakit okeanda yaranan El Nino zamanla qlobal hava sistemlərinə təsir göstərərək müxtəlif ölkələrdə temperaturun yüksəlməsinə və ekstremal hava hadisələrinin artmasına səbəb olur.

OXŞAR XƏBƏRLƏR