Alimlərdən yeni araşdırma: Pandemiya beyin yaşlanmasını sürətləndirir

Alimlərdən yeni araşdırma: Pandemiya beyin yaşlanmasını sürətləndirir
SAĞLAMLIQ
11:27 28.07.2025
106
İngiltərədə aparılan bir araşdırmaya görə, insanların beyni COVID-19 dövründə 2020-ci ildən əvvəlki ilə müqayisədə orta hesabla 5,5 ay daha sürətli qocalıb. 
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nottingem Universitetinin alimləri Böyük Britaniya Biobankında 15 000-dən çox insanın məlumatlarından istifadə edərək sağlam beyin yaşlanmasını tanıyan süni intellekt modeli hazırlayıblar.
 
Model pandemiyadan əvvəl skan edilənlərin beyin yaşlarını pandemiyadan əvvəl və pandemiya zamanı skan edilənlərlə müqayisə edib.

Araşdırmaya görə, pandemiya zamanı insan beyninin qocalma sürəti orta hesabla 5,5 ay sürətlənib.

Tədqiqatda vurğulanıb ki, beyin yaşının artması mütləq geriləmə yaını azaltmır; koqnitiv tənəzzül yalnız virusa yoluxanlarda aşkar edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR