Alimlərdən yeni ixtira: Hədəfi bir atışla donduran yeni silah yaradıldı

Alimlərdən yeni ixtira: Hədəfi bir atışla donduran yeni silah yaradıldı
DÜNYA
14:01 08.08.2023
265
ABŞ Hərbi Hava Qüvvələrindən 750 min dollarlıq qrant alan professor Patrick Hopkins hədəfi donduran kiçik plazma lazeri hazırladığını açıqlayıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Professor Patrick Hopkins 1997-ci ildə "Batman & Robin" filmində "Mr.Freeze" adlı personajın istifadə etdiyi cihaza bənzər bir cihaz hazırladığını iddia edib.
 
İnkişaf etdirdiyi dondurucu şüanın lazım olduğu kimi işlədiyini deyən Hopkins cihazın əsas məqsədinin kosmik gəmilərdə və yüksək hündürlükdə uçan təyyarələrdə elektron cihazları soyutmaq olduğunu bildirib.
 
Hopkins və komandası "ACS Nano" elmi jurnalında dərc olunan məqalələrində hazırladıqları prototipin plazmanın qeyri-adi fiziki xüsusiyyətindən istifadə etdiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR