Alimlər aşkar ediblər ki, Sibirdəki buzlaqlarda saxlanılan mikroblar yeni, daha ölümcül epidemiyaya səbəb ola bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qlobal istiləşmə ilə birlikdə Yer kürəsində həyata təsir göstərə biləcək yeni epidemiya təhlükəsi yaranıb.
Fransanın aparıcı institutlarından olan Aix-Marseille Universitetinin alimləri Sibirdəki buzlaqlarda sıxışan qədim virusların yeni epidemiya təhlükəsi yarada biləcəyini açıqlayıb.
"Zombi virusları" adlandırdıqları Methuselah mikroblarının elm adamları tərəfindən təcrid edildiyi bildirilərkən, elm adamları qütblərdəki araşdırmaları daha da yaxından izləməyə qərar verdiklərini açıqlayıblar.
Gülay