Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə müşavirə keçirdi - FOTOLAR

Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə müşavirə keçirdi - FOTOLAR
SOSİAL
15:28 08.04.2020
1579
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.

AZXEBER.COM xəbər verir ki, icra başçısı video-konfrans vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İƏD nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Bununla yanaşı İƏD nümayəndələrinə göstəriş verilib ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülməli, əhalinin sıx toplaşdığı ərazilərə, kənd mərkəzlərinə, ictimai-iaşə obyektlərinə ciddi nəzarət olunmalı, insanların təmas imkanları minimuma endirilməli, vətəndaşlar yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalıdırlar.

İcra başçısı bildirib ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə insanları maraqlandıran bütün məsələlərə anında münasibət göstərilməlidir.

Eyni zamanda icra nümayəndələri kənd təsərrüfatı ilə məşğul olan sakinlərə arayışların verilməsində də diqətli olmalı, bu təbəqədən olan vətəndaşlara lazımi dəstək göstərilməlidir.

Video-konfransa sakinlərə dəstək olmaq, yaşlılara qarşı həssas olmaq və ən əsası isə hər hansı bir neqativ hal baş verdiyi halda dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat verilməsi xüsusi qeyd edilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb