Alimpaşa Məmmədov Latviyanın səfiri Daynis Qarançsı qəbul edib - FOTOLAR

Alimpaşa Məmmədov Latviyanın səfiri Daynis Qarançsı qəbul edib - FOTOLAR
SOSİAL
12:34 27.09.2019
6409
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Latviyanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Daynis Qarançsı qəbul edib.

AZXEBER.COM xəbər verir ki, görüşdə icra başçısı Azərbaycan-Latviya münasibətlərinin vacibliyindən danışaraq, Şəmkirin iqtisadi və sosial-siyasi həyatı barədə səfiri məlumatlandırıb.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səfir Daynis Qarançsa rayon haqqında məlumat verib

İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: "Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsələyə xüsusi diqqət ayrılır”.

Latviyanın ölkəmizdəki səlahiyyətli səfiri Daynis Qarançs da öz növbəsində Şəmkirdə olmaqdan məmun olduğunu bildirib. Onun sözlərinə görə, Şəmkirə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.

Görüşün sonunda Daynis Qarançs və səfirin ailə üzvlərinə Şəmkir adından rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xatirə hədiyyələri təqdim edib.

Sonra Şəmkir Heydər Əliyev Mərkəzində Latviyanın Kamolinş rəqs qrupunun iştirakı ilə tədbir keçirilib. Tədbirdə icra başçısı Alimpaşa Məmmədov, səfir Daynis Qarançş, millət vəkili Kamran Bayramov, Latviyadan olan qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Şəmkir rayonu haqqında qısa film izləyiblər. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb.

Səfir Daynis Qarançs da çıxışında belə bir gözəl rayona səfər etdiyi üçün xoşbəxt olduğunu qeyd edib və şəmkirlilərə isti münasibətə görə təşəkkürünü çatdırıb.

Millət vəkili Kamran Bayramov da çıxışında belə tədbirlərin keçirilməsinin iki ölkə arasında əlaqələrin güclənməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Kamolinş qrupunun hazırladığı rəqsləri izləyiblər.

Sonda qonaqlara şəmkirlilər adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR