Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
AZXEBER.COM xəbər verir ki, hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı martın 27-si rayonun Qaracəmirli, 28-də isə Şeidlər kənd sakinlərini fərdi şəkildə qəbul edib.
Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar. Bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə hər zaman Cənab Prezident İlham Əliyevin qayğısını hiss etdirməkdir.
Qaracəmirlidə ümumilikdə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 43 vətəndaş, Şeidlərdə kəndində isə 17 nəfər fərdi şəkildə qəbul olunaraq dinlənilib.
Qaracəmirlidə vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, mübahisəli torpaq məsələsi barədə, qaz, işıq, su problemlərinin aradan qaldırlması olub.
Şeidlərdə isə vətəndaşların əksəriyyəti müraciətlərində kəndə internet çəkilməsi üçün icra başçısının köməklik göstərməsini xahiş ediblər.
Kənd sakini Tağıyeva Nargilə İman qızı bildirib ki, Şeidlər dağlıq ərazidə yerləşməsinə baxmayaraq rayonun ən inkişaf etmiş kəndlərindən biridir: "Bir şəhid ailəsi kimi Cənab Prezidentə çox təşəkkür edirik. Bizlər üçün hər bir imkanı yaradıb, hər zaman qayğısını üzərimizdə hiss edirik. Kəndimizdə də heç bir problem yoxdur. Qazımız, işığımız, suyumuz fasiləsiz verilir. Kəndimizdə bircə problem var. Sakinlərin çoxunun xaricdə işləyən ailə üzvləri var. İnternet olmadığı üçün onlarla əlaqə saxlamaqda çətinlik çəkirik”.
Alimpaşa Məmmədov kənd sakinlərinin xahişini nəzərə nəzərə alan icra başçısı bu məsələnin tezliklə həllini tapması üçün tapşırıqlar verib. İcra başçısı bildirib ki, bu qədər inkişaf etmiş, dünyaya çıxışı olan bir kəndin interneti niyə olmasın?
Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.