Alla Puqaçova və Maksim Qalkinin əkizləri oldu

MAQAZİN
01:00 07.10.2013
1843

Rusiyalı şoumen Maksim Qalkin ata olması xəbərinitəsdiq edib.Axşam.az xəbər verir ki, o, bu barədə öz mikrobloqunda yazıb:

"Təbriklər üçün çox sağolun! Bizə çox xoşdur! Bəli, Alla və mən valideyn olduq! Artıq əkiz övladlarımız var!".Surroqat ananın Alla Puqaçova və Maksim Qalkin üçün əkiz övlad dünyaya gətirdiyi söylənilir. Maksim Qalkinin bunu təsdiqləməsi ilə cütlük təbrik yağışına tutulub.

64 yaşlı Alla Puqaçova və 37 yaşlı Maksim Qalkin 12 ildən artıqdır ki, birlikdədir. Cütlük 2011-ci ildə ailə həyatı qurub. Yaxın vaxtlarda cütlüyün boşanması ilə bağlı xəbərlər yayılsa da, Qalkin və Puqaçova bu məlumatı yalanlayıb.Xatırladaq ki, Alla Puqaçovanın kemiş həyat yoldaşı Filipp Kirkorovdan da bir oğlu, bir qızı var.

OXŞAR XƏBƏRLƏR