3 ay öncə insult keçirərək bir müddət xəstəxanada, daha sonra da evdə müalicəsi davam edən Xalq artisti Fatma Mahmudova ilk dəfə canlı efirə çıxıb.
AZXEBER.COM xəbər verir ki, aktrisa "Space TV"də yayımlanan "Tarixin bir günü" verilişində qonaq olub.
Duyğulanan aktrisa danışmaqda çətinlik çəkib:
"Mən bura o biri dünyadan gəlmişəm. Bunun hamısını Allah edib, çünki mən heç kimə pislik edən adam olmamışam. Kiməsə yaxşılıq etmişəm bəlkə də, bu gün sağam. 1991-ci ildə ağır qəza keçirtmişdim. Gəncə şəhərində avtobus partladı və mən terrorun ilk qurbnlarından olmuşam. Gəncə teatrının aktyorları meyitlərin arasında məni axtarıb, tapıblar. Bunların hamısı yığıldı və sonunda belə bir şey baş verdi. İndi elə bir haldayam ki, heç bir verilişə gedə bilmirəm. Lalə Azərtaşa söz vermişdim ki, ayağa qalxanda ilk sənin verilişinə gələcəyəm. çünki o, mənim vəziyyətimi hər kəsə bəyan etdi, mənim üçün çox əziyyət çəkdi. Tarixi də o qədər sevirəm ki, bir addım ata bilən kimi, onun yanına gəldim. Mən Allahımdan çox razıyam. O çox düz elədi məni bu hala saldı. Çünki belə olmasaydım yaxşı ilə pisi ayıra bilməyəcəkdim. Xəstəlik zamanında mən çox insanları kəşf elədim".
Aysel