"Allah heç vaxt ağlımı başımdan almasın" - Aybəniz Haşimova

"Allah heç vaxt ağlımı başımdan almasın" - Aybəniz Haşimova
MƏDƏNİYYƏT
11:49 22.08.2025
233
Bu gün əməkdar artist Aybəniz Haşımovanın doğum günüdür. O, 57 yaşını qeyd edir.

AZXEBER.COM xəbər verir ki, Aybəniz Haşımova sosial media hesabından yayımladığı paylaşım ilə hər kəsi duyğulandırıb.
 
O, doğum günündə onu tək qoymayan hər kəsə təşəkkür edib:
 
"Allah hamınızın sevdiklərini qorusun. Allah sizi bərəkət, can sağlığı ilə sınağa çəkməsin. Harda olmağınızdan asılı olmayaraq ürəyim yanınızda, ruhum sizinlə, dualarımdasınız. Bütün nəğmələrimi, səsimi sevənlərim, Allah,sizi heç vaxt darda qoymasın. Ona açılan əlləriniz boş qalmasın. Ailənizi daim öz pənahında saxlasın. Bütün baglı qapılarınız acılsın. 
 
Mənim isə,bir əmanət balam var. Onun üzü isə həmişə gülsün. Allah heç vaxt mənim ağlımı başımdan almasın. Nə qədər həyattda varamsa, sevənlərimin sevinci, fərəhi olum. Sizi sevirəm, amma, Allahdan sonra".
 
Aysel

OXŞAR XƏBƏRLƏR