“Allah kasıbın ahını yerdə qoymaz” - Tolik Vilyam Hacıyevdən danışdı - VİDEO

“Allah kasıbın ahını yerdə qoymaz” - Tolik Vilyam Hacıyevdən danışdı - VİDEO
MAQAZİN
16:50 07.05.2020
1786
Prodüssr-aparıcı Tarix Əliyev DTX tərəfindən həbs olunan icra başçısı haqda maraqlı fakt açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, o bir il bundan öncə İmişlidə imkansız ailəyə yardım etdiyi zaman icra başçısının biganə yanaşdığını bildirib.
 
"İki gündür mətbuatı zəbt edən İmişli icra hakimiyyətinin başçının həbsi bu videonu yadıma saldı. Bu ailə illərdi İmişlidə olsalar da, palçıqdan hazırlanmış evdə yaşayırlar. Veriliş apardığım vaxt bu ailənin qonağı oldum, ilk olaraq 2000 manat, sonra da dostların köməyi ilə 3000 manat pul göndərdim. Bu hadisə işıqlandırılsa da, nə İmişlinin icra başçısından səs çıxdı, nə də kömək gəldi. Onu da deyim ki, bu video 1 il əvvəl çəkilib. Allah heç bir kasıbın ahını yerdə qoymasın."
 
Qeyd edək ki, həbs olunan icra başçısının evindən külli-miqdarda pul ortaya çıxıb.

OXŞAR XƏBƏRLƏR