"Allaha dua edirəm ki, məni övladıma tez qovuşdursun" - Xalq artisti

"Allaha dua edirəm ki, məni övladıma tez qovuşdursun" - Xalq artisti
MAQAZİN
12:20 02.09.2025
287
"Hər zaman göz yaşlarımı gizlətməyə çalışmışam. Amma Allaha dua edirəm ki, məni övladıma tez qovuşdursun".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib.
 
Xalq artisti oğlu Əlinin vəfatından sonra yaşadığı çətinliklərdən danışıb:
 
"Göz yaşlarımı hər zaman gizlədən sənətçi olmuşam, çünki dərdimi insanlarla paylaşmaq istəmirəm. Öz ağrı-acımı insanlara yükləmək istəmirəm. Bilirəm ki,  mənim gözümdən bir dala yaş düşəndə, sevənlərimin gözündən on damla yaş axır. Ona görə bacardığım qədər dərdimi gizlətməyə çalışıram. Çox ağır bir yük daşıyan insanam, amma ətrafıma o yükün çəkisini göstərmək istəmirəm. Allaha şükür edirəm ki, bunun üçün mənə səbr verir. İçimdə sanki bir vulkan var. Hər səhər yuxudan oyananda Allaha yalvarıram ki, məni tezliklə övladıma qovuşdursun. Allaha üsyan da etmək olmaz. Yenə susuram, özümlə baş-başa qalıram bir müddət, qapılarımı da bağlayıram ki, o halımı heç kəs görməsin. Sonra məcbur insnalara qaynayıb-qarışıram".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR