"Allahın verdiyi ruzi ilə öyünməyin" - Əməkdar artist

"Allahın verdiyi ruzi ilə öyünməyin" - Əməkdar artist
MAQAZİN
10:17 01.10.2025
150
"Qızıllarını taxıb, efirə gəlib onu hamıya göstərmək olmaz".

AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib.
 
"Rəngarəng" verilişində qonaq olan əməkdar artist efirdə qızıllarının qiymətini açıqlayan həmkarlarını qınayıb:
 
"Allahın verdikləri ilə öyünmək olmaz. Hərənin bir qisməti var. 100 minlik qızılla efirə gəlib onu göstərmək olmaz. Elə insan var ki, onu ala bilmir. Amma baxır, ürəyi çəkir. Allah o ruzunu hər kəsə vermir. İnsan var heç bir təhsili yoxdur, amma qaz vurub, qazan doldurur. Eləsi də var ki, üç dənə ali məktəb bitirib, amma pul qazana bilmir. Bu qisməti Allah hər kəsə vermir. Ona görə kiməs acıq vermək yaxşı şey deyil".
 
Aysel
OXŞAR XƏBƏRLƏR