Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA
SOSİAL
22:32 17.03.2019
3226
Ölkə prezidentinin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında bir sıra ilahiyyatçı və dindarların da adları var.

Belə ki, əfv sərəncamı ilə "Nardaran hadisələri"nə görə tutulmuş Zülfüqar Mikayılzadə, Elman Ağayev, Elxan Həsənov, Ruzi İsmayılov azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov da əfv olunan dindarlar sırasındadır. O, 2015-ci ilin payızında həbs olunub.

Bundan başqa, azadlığa buraxılanlar arasında 2015-ci il Nardaran hadisələri zamanı və ondan sonra həbs olunmuş Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov da var.

Daha bir dindar məhbus Әlimxan Hüseynov da azadlığa buraxılanlar arasındadır.

Azadlığa buraxılan məhkumlar arasında 2012-ci il "Eurovision" mahnı yarışması ərəfəsində həbs olunmuş "Azadxeber" saytının baş redaktoru Nicat Əliyevin adı da var.

Həmin şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilmişdilər.

AZXEBER.COM modern.az-a istinadən bildirir ki, dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirib.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev ölkə prezidentinin əfv sərəncamı ilə bir qrup dindar məhkumun azad olunmasına münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib ki, Allahşükür Paşazadə hər zaman mərhəmətin və humanizmin tərəfdarıdır:

"Allahşükür Paşazadə təkcə dindarlarla bağlı deyil, digər şəxslər barədə də cənab prezidentə müraciət edib".

Ə.Nuriyev şeyxin konkret olaraq kimlər üçün müraciət etməsi haqda əlavə məlumat verməyib:

"Bu barədə ancaq müraciət edən insanlar məlumatlı ola bilər, nəsə söyləyə bilər. Mən hər hansı formada nəsə deyə bilmərəm. Konfidensiallığı poza bilmərəm. Allahşükür Paşazadə hər zaman cətin vəziyyətə düşənlərin hüquqlarını müdafiə edib. Hər zaman onların azad olunmasının tərəfdarı olub".

Qeyd edək ki, ölkə başçısının dünən imzaladığı əfv sərəncamı ümumilikdə 431 məhkuma şamil olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır