Allahşükür Paşazadə: “Fransa Avropada islamofobiyanın tüğyan etdiyi ölkədir”

Allahşükür Paşazadə: “Fransa Avropada islamofobiyanın tüğyan etdiyi ölkədir”
SİYASƏT
15:08 16.03.2023
207
"Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər: "Müqəddəs Quranda Uca Allah bizlərə buyurur: "Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin”. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir”.

A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub: "Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR