Allahşükür Paşazadə: Qareginə dedim ki, heç bir status olmayacaq

Allahşükür Paşazadə: Qareginə dedim ki, heç bir status olmayacaq
SOSİAL
16:25 14.10.2021
1253
"Bu günlər həm Anım, həm də Qələbəmizi başlandığı günlərdir. Mən 30 ildir, erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu. Bunun səbəbi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbədir”.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib. A. Paşazadə heç vaxt görüşdən qaçmadığını bildirib, bu görüşlə bağlı Rusiya Patriarxının təklifini də qəbul etdiyini söyləyib: "Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də Rusiya Patriarxına Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim. Üçtərəfli görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq.
 
Bu görüşdə Azərbaycan Prezidenti və dövlətimizlə bir daha qürur duydum. Görüşdə bir çox məsələ müzakirə olundu. Onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şərait yaradılması ilə bağlı idi. Mən də dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün bütün şərait yaradılıb. Digər məsələ Üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderinin Xankəndiyə getməsi ilə bağlı oldu. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi.
 
Erməni dini rəhbəri "hərbi əsirlər” məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur. Görüşdə katolikos "Qarabağın statusu” məsələsini qaldırdı. Mən isə vurğuladım ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı