Allahşükür Paşazadə: Rusiya - Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edirəm

Allahşükür Paşazadə: Rusiya - Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edirəm
SOSİAL
17:48 15.02.2022
356
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.
 
QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.
 
QMİ sədrinin ötən ilin oktyabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiyaya səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə, dini liderlərin baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.
 
Bildirildi ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirildi. Şeyxülislam qeyd etdi ki, yaxın günlərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək anım tədbirində də Azərbaycandakı pravoslav icmasının nümayəndələri hər zamankı kimi iştirak edəcəklər.
 
II Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, alban-udi kilsələri və digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən Şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd etdi.
 
Bildirdi ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir. İşğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etmiş bütün xarici ölkə nümayəndələri, diplomatik korpus təmsilçilərinin bunun bilavasitə şahidi olduqlarını diqqətə çatdıran QMİ sədri gələcəkdə Azərbaycana səfər edəcək beynəlxalq təşkilatların ekspert missiyalarının da bu həqiqətləri qeydə alacaqlarına ümidvar olduğunu ifadə edib.
 
Vatikana səfəri barədə danışarkən QMİ sədri A. Paşazadə Papa Fransisklə söhbətində Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyəti barədə danışdığını və Vatikanın bu mövzuya diqqət nümayiş etdirdiyini bildirdi. Vatikana səfərdə Azərbaycandakı pravoslav konfessiyasının rəhbərinin də nümayəndə heyətində təmsil olunmasını rusiyalı səfirin diqqətinə çatdırıb. Şeyxülislam A. Paşazadə son zamanlar Rusiya və Ukrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini rusiyalı səfirin diqqətinə çatdırıb.
 
Şeyxülislam A. Paşazadə təklif irəli sürdü ki, xalqlar arasında mövcud gərginliklərin aradan qaldırılması, anlaşılmazlıqlara, suallara cavab tapılması istiqamətində dini liderlərin böyük rol oynamasını nəzərə alaraq, postsovet məkanında sülh, qarşılıqlı anlaşma naminə Rus Pravoslav Kilsəsinin böyük nüfuza malik başçısı Patriarx Kirillin rəhbərliyi ilə, Ukrayna din xadimlərinin də iştirak edəcəyi beynəlxalq forum çağırılması məqsədəuyğun olardı. MDB Dinlərarası Şurasının həmsədri olaraq QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu yolda öz səylərini əsirgəməyəcəyini bildirib.
 
QMİ sədri RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirib. RF-nın ölkəmizdəki səfiri M. Boçarnikov Şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirdi və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Bildirdi ki, Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir. Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin getdikcə dərinləşməsindən, kommunikasiya layihələrindən, çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirdi. Bu işdə böyük nüfuza malik dini lider olaraq Şeyxülislam A. Paşazadənin səylərinin, 40 ildən artıq müddət ərzində sülhyönümlü, xoşməramlı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirdi. Xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'