Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək
SOSİAL
13:17 06.05.2025
363
Allahşükür Paşazadə Türkiyəyə səfər edəcəkAllahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutacaq.

QMİ sədri mayın 7-8-də İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
 
Vəqfin 40-cı ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq kimi iştirak və çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR