Alleqri “Əl-Hilal”dan təklif aldı

İDMAN
18:39 12.06.2023
211
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yeni təklif alıb.

İtaliyalı mütəxəssis "Əl-Hilal”ın hədəfindədir.

Səudiyyə Ərəbistanı təmsilçisi ona 3 il üçün 70 milyon avro təklif edib. Alleqri təklifi qəbul etsə, hər mövsüm 20 milyon, müqavilə imzaladığı üçün 10 milyon alacaq.

55 yaşlı mütəxəssis "Yuventus”da ilə 7 milyon qazanır. O, asiyalıların təklifini nəzərdən keçirir.

Qeyd edək ki, "Yuventus” ötən mövsüm A seriyasında 7-ci yeri tutub.
OXŞAR XƏBƏRLƏR