Almaniya 4 qat dünya çempionudur!

İDMAN
03:00 14.07.2014
1455

Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 1 ay öncə start götürən XX mundialın final matçı Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda baş tutub.

İtaliyalı baş hakim Nikolla Ritsollinin idarə etdiyi həlledici görüşdə Almaniya və Argentina yığmaları qarşılaşıblar. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib.

Əlavə vaxtın ikinci hissəsində isə almanlar hesabı açmağa nail olublar. Məhz bu qol Bundestimə qızıl medalları qazandırıb.

Qeyd edək ki, bu, Almaniyanın dördüncü dünya çempionluğudu. Avropa təmsilçisi bundan öncə daha üç dəfə - 1954, 1974 və 1990-cı illərdə kuboka sahib çıxıb.

Argentinalılar isə 1978 və 1986-cı illərdə dünya çempionatını birinci yerdə başa vurub.

14 iyul

Final

Almaniya – Argentina - 1:0Qol:Mario Götze, 114

Baş hakim: Nikola Ritsolli

Rio-de-Janeyro. «Marakana» stadionu

Almaniya: Noyer, Lam, Xummels, Boatenq, Hövedes, Şvaynştayqer, Kramer, Müller, Kroos, Özil, Kloze.Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi.

OXŞAR XƏBƏRLƏR