Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir

Almaniya Avropa Çempionatına görə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir
DÜNYA
18:47 07.06.2024
184
Almaniya futbol üzrə Avropa Çempionatı ərəfəsində sərhəd boyunca təhlükəsizlik tədbirlərini gücləndirir.

Bunu ölkənin daxili işlər naziri Nensi Fezer bildirib.

O deyib ki, bunda əsas məqsəd radikal islamçı qruplaşmaların çempionatın gedişində törədə biləcəyi terror-təxribat əməllərinin qarşısını almaqdan ibarətdir.

Nazirin sözlərinə görə, ölkəsinin müraciəti əsasında qonşu dövlətlərdən 580 polis əməkdaşı da təhlükəsizlik tədbirlərinə cəlb olunacaq.

Qeyd edək ki, 14 iyun -14 iyul tarixlərində Almaniyada futbol üzrə Avropa Çempionatı keçiriləcək.
 
///apa
OXŞAR XƏBƏRLƏR