Almaniyanın müdafiə naziri Boris Pistorius İsrailə bəzi silah tədarükünün dayandırılıb-dayanmayacağını müzakirə etdiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, Vaşinqtona səfəri zamanı alman mətbuatına açıqlama verən Pistorius ABŞ-nin etdiyi kimi Rəfaha geniş miqyaslı hücumla bağlı narahatlıqlar səbəbiylə Almaniyanın bəzi silah daşımalarını dayandıra biləcəyinə işarə edib.
O, açıqlamasında deyib:
"Təbii ki, biz bunu bağlı qapılar arxasında müzakirə etdik, amma hazırda qərarları açıqlamaq iqtidarında deyiləm”.
Ayşən