Almaniya BMT-yə təqdim olunan hesabatda kəskin tənqid edildi

Almaniya BMT-yə təqdim olunan hesabatda kəskin tənqid edildi
DÜNYA
12:20 10.04.2013
1460

22 aprel-3 may aralığında Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri Icmal Qrupunun işçi iclası keçiriləcək. Aprelin 25-də İnsan Haqları üzrə Şuranın 16/1 qətnaməsinin 5-ci bəndinə uyğun olaraq, Almaniyanın milli hesabatı dinləniləcək.

Ekspertlərin fikrincə, hesabat böyük rezonans doğurmalıdır.Belə ki, orada Almaniyada insan haqlarının pozulması ilə bağlı xeyli məlumatlar toplanıb. Hesabat artıq BMT-nın saytında yerləşdiririlib.Sənəddə insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur. İlk növbədə bildirilir ki, Almaniya Federativ Respublikası hələ də miqrantların və onları ailə üzvlərinin hüquqlarını qoruyan Beynəlxalq Konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər.Qeyd olunur ki, Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır.Miqrantlar işə düzəlmək istəyəndə hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmiş əngəllərlə üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları kobud şəkildə pozulur. Xüsusilə də əgər onlar alman dilini bilmirlərsə. Məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qallırlar. Müsəlman və türk miqrantlar bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Miqrant qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlmədən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkilikə qarşılaşırlar.Yerli hüquq müdafiəsi təşkilatlarının verdiyi informasiyaya görə, polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır. Son zamanlar polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var.Bundan başqa, Köln, Herfor, Leypsiq həbsxanalarında məhbuslara qarşı zorakılıq, qeyri-insani davranışlar haqqında məlumatlar var.Hesabatda bildirilir ki, Almaniyada həyatın bütün sahələrində diskriminasiyaya baxmayaraq, insanlar nadir hallarda məhkəmələrə müraciət edirlər. Polis zorakılığı haqda şikayətlər çoxalsa da, məsuliyyətə cəlb edilənlər azdır.Sənəddə Almaniya hökumətinə məsləhət görülür ki, müsəlmanlara qarşı ayrı-seçkilik edən, onların Alman cəmiyyətnə inteqrasiyasına qarşı çıxan, ksenofobiya və antisemitizm yayan partiya və qurumların dövlət büdcəsindən maliyyələşdirilmələrə dayandırılsın. Başqa sözlə, Almaniyada bu cür təşkilatlar hələ dövlətdən pul da alırlar!Qeyd olunur ki, son illərdə ektremist, ksenefob, antisemit zəmində törədilən cinayətlərin sayı artıb. Bu cinayətlər çox vaxt mütəşəkkil halda və qruplar tərəfindən törədilir.Diskriminasiyanın daha bir istiqaməti qadınlara qarşıdır. Almaniyada kişilərlə eyni işi görən qadınlar ortalama 23% az əməkhaqqı alırlar.Almaniyanın şikəst insanların hüquqlarının qorunması üçün gördüyü tədbirlər də kafi hesab edilmir. Bundan başqa, azadlıqdan məhrumetmə yerlərində saxlanılan insanların seçki hüquqları ciddi şəkildə pozulur.Sənədi olmayan unsanlar tibbi yardım almaq və məhkəməyə müraciət etmək kimi hüquqlardan istifadə edə bilmirlər, onların əməyi istismar olunur, daim deportasiya qorxusu ilə yaşayırlar. İnsan alverinin qurbanları ancaq o zaman yaşayış icazəsi ala bilirlər ki, günahkarların əleyhinə ifadə vermiş olsunlar.Uşaq hüquqlarının müdafiəsi hələ də Almaniya Konstitusiyasında əksini tapmayıb. Hüquqi boşluqlar ən dəhşətli cinayətlərdən biri olan uşaq pornoqrafiyasına qarşı gərəkli tədbirlərin görülməsinə imkan yaratmır. Azyaşlıların fahişəliyə cəlb edilməsi sahəsində də eyni vəziyyət mövcuddur.Fahişəliyin leqallaşdırılması insan alveri hallarının çoxalmasına gətirib çıxarıb. Bu halların qarşısını almaq üçün lazımlı tədbirlər görülmürlər. İnsan alveri qurbanlarının müdafiəsi gərəyincə təmin olunmur.Ruhu xəstələrin saxlandığı yerlərdə onlara qarşı da qeyri-insan davranış hallarına aid faktlar var.Ölkədə HİV-ə yoluxmuş insanlara qarşı da diskriminasiya halları müşahidə olunur. Bu insanlar və ailələri təhqirlərə məruz qalır, çox vaxt həkimlər onları müalicəsindən imtina edirlər. Belə xəstələrin işdən qovulması halları da az deyil.Ümumiyyətlə, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqlarının qorunması üçün ölkədə heç bir qanun yoxdur.Hesabatda bildirilir ki, təqaüdlərin azalması səbəbindən bu yaş qrupuna daxil olan insanların arasında yoxsulluq səviyvəsi 2023-cü ilə qədər 13,4% -dən 23,6%-ə qədər qalxacaq. Bundan başqa, vurğulanır ki, Almaniya yaşayış minimumu haqqında qanuna da dəyişiklik etməlidir.Hesabatda Almaniya hökumətinə müraciət edilir ki, bütün bu probemləri aradan qaldırmaq üçün təcili tədbirlərin görülməsinə başlansın. /// gun.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
19:23 16.05.2025
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı