Berlin hazırda Fələstin dövlətini tanımağı planlaşdırmır, çünki bu, İsraillə danışıqlar yolu ilə iki dövlətin yaradılması barədə razılaşmaya nail olmaq üçün istənilən səyləri zəiflədəcək.
Bu barədə "Reuters” agentliyi Almaniya hökumətinin nümayəndəsinin bəyanatına istinadən bildirib.
"Danışıqlar yolu ilə iki dövlətin yaradılması məqsədimiz olaraq qalır. Fələstinin tanınması, çox güman ki, bu prosesin sonunda baş verəcək, lakin indi belə bir addım atmaq səmərəsiz olardı", - nümayəndə mətbuat konfransında bildirib.
\report