Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atdı

Almaniya ilə Fransa Avropa ordusu qurmaq üçün ilk addımı atdı
DÜNYA
20:34 22.01.2019
13025

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

"Report” DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü "xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: "Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

OXŞAR XƏBƏRLƏR