"İsrailin Qəzzada müharibəyə fasilə verməsi HƏMAS-ı gücləndirə bilər"

"İsrailin Qəzzada müharibəyə fasilə verməsi HƏMAS-ı gücləndirə bilər"
DÜNYA
11:20 13.11.2023
142
Almaniya kansleri Olaf Şolz Qəzzadakı son vəziyyətlə bağlı açıqlamalar verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzzada müharibəyə qısa müddətli fasilə verməsini uyğun görmədiyini bildirən Şolz deyib:

"Dərhal atəşkəs və ya uzun bir fasilə tələb etməyi düzgün hesab etmirəm. Çünki bu, İsrailin Həmas-ın sağalmasına icazə verməsi deməkdir". 

Yaxın Şərqdə atəşkəsin hələ də mümkün olmadığına inandığını bildirən Almaniya kansleri bunu mümkün edən perspektivin olması lazım olduğunu vurğulayıb.

"Əgər davamlı sülh mühiti istənilirsə, İsrail üçün təhlükə yaratmayan Fələstin dövlətinin mümkünlüyü istənməlidir".

Qeyd edək ki, Şolz İsrailə dəstək üçün oktyabrın 17-də Təl-Əvivə səfər edib və Almaniyanın İsraillə həmrəy olduğunu nümayiş etdirib.
 
Mikayıl 
OXŞAR XƏBƏRLƏR