Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibədə Rusiyaya silah dəstəyi verməməsi üçün Çinə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, o, Çinin Rusiyaya silah göndərməsinin yolverilməz olduğunu deyib.
"Pekin, həmçinin qoşunlarını Ukrayna ərazisindən çıxarmaqla bağlı Moskvaya təzyiq göstərməlidir”, - hökumət başçısı vurğulayıb.