Almaniya Kansleri Türkiyəyə rəsmi səfər edəcək

Almaniya Kansleri Türkiyəyə rəsmi səfər edəcək
DÜNYA
23:54 24.10.2025
74
Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Ankarada Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Görüşdə ikitərəfli əlaqələr və xarici siyasət məsələləri, eləcə də iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığa dair müzakirələr aparılacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
 

OXŞAR XƏBƏRLƏR