Ukrayna humanitar enerji böhranının astanasındadır. Bu barədə Almaniya kansleri Friedrich Merz Parisdə "İstəkli ölkələr koalisiyası”na müraciəti zamanı bəyan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniya kanslerinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin müharibənin dördüncü qışında atəşkəsə can atmır. Əksinə, o, Ukraynanın mülki infrastrukturuna qarşı bu günə qədər həyata keçirilmiş ən genişmiqyaslı hücumların həyata keçirilməsi barədə göstəriş verib.
Friedrich Merz bildirib ki, Almaniya hökuməti müharibənin başa çatdırılması üçün səylər göstərir, lakin bu yalnız o halda mümkün ola bilər ki, Ukrayna bu dəfə Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindən real və etibarlı təhlükəsizlik zəmanətləri alsın.
Məlumat üçün bildirək ki, bu gün Parisdə "İstəkli ölkələr koalisiyası” liderlərinin toplantısı keçiriləcək. Görüşdə koalisiya çərçivəsində Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin əsas konturları müəyyənləşdirilməlidir.








































