Almaniyadan İsrailə dəstək gəldi

Almaniyadan İsrailə dəstək gəldi
DÜNYA
13:41 13.06.2025
227
Almaniya kansleri Fridrix Merz İsrailin İrana geniş hava hücumundan sonra İsrailin öz varlığını müdafiə etmək hüququna malik olduğunu bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, kansler Almaniyadakı yəhudi qurumlarının müdafiəsinin artırılacağını açıqlayıb.

Berlin kanslerliyindən verilən açıqlamaya görə, Merz cümə günü səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və daha sonra Almaniyanın təhlükəsizlik kabinetini toplayıb.

Baş nazir Merz İsrailin "öz varlığını və vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək hüququnu” dəstəklədiyini təkrarlayıb.

Merz hər iki tərəfi "daha ​​da gərginləşmədən və bütün regionda sabitliyi pozacaq addımlardan çəkinməyə” çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR