Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb

İDMAN
18:11 06.08.2024
180
Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu bu gün "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

OXŞAR XƏBƏRLƏR